Bakıda klinikada yatan korona xəstəsindən DƏHŞƏTLİ SÖZLƏR: Bunların infeksiyadan xəbəri yoxdur, h ər an kimsə ölə bilər
22 İyun 2020 08:38 Sosial1 saylı Kliniki Mərkəzdəki koronavirus xəstələri müəssisədə dərman və həkim çatışmazlığından şikayət edir.
O qeyd edib ki, beş gün əvvəl koronavirusa yoluxduğunu öyrənib:
"Artıq beş gündür koronavirusa yoluxmuşam və 1 saylı Kliniki Tibbi Mərkəzin 3-cü korpus, 2-ci mərtəbəsinə yerləşdirilmişəm. Buranın işçi heyətinin infeksiya şöbəsi ilə əlaqəsi yoxdur. Onların virusdan anlayışları yoxdur. Yenə də çox sağ olsun xadimələr və tibb bacıları, kifayət qədər əziyyət çəkirlər. Beş gündür ki, bu mərkəzə başqa müəssisələrdən həkim cəlb olunmur. Qızdırma ilə yanaşı boğaz ağrıları da şiddətlənib. Bir dərman da yoxdur içməyə. Ancaq "Parasetamol" verirlər. Bu gün temperaturum yüksəldi, xəstəxanada səs-küy saldıqdan sonra baş həkim reaksiya verdi. Onun tapşırığı ilə mənə sistem qoşdular. Bu xəstəxanada heç bir həkimin koronavirus infeksiyasından anlayışı yoxdur. TƏBİB təcili bu məsələyə baxmalıdır. Təcili surətdə bura həkim infeksionistlər göndərilməlidir. Palatalarda hər an kimsə ölə bilər".Oxu.az
