Rayona getmək üçün qazılan yolu əlləri ilə doldurdular
21 İyun 2020 15:56 SosialXüsusi karantin rejimi ilə əlaqədar rayonlara üz tutmaq istəyən Bakı, Sumqayıt və Abşeron sakinləri növbəti dəfə postlardan yayınmaq məqəsdilə torpaq yollardan istifadə edib.
"Qafqazinfo" xəbər verir ki, sürücülərin qeyri-qanuni olaraq rayonlara axınının qarşısını almaq məqsədilə post kənarlarında yerləşən torpaq yollar əvvəlcədən qazılsa da, bu, çarə olmayıb.
Belə ki, bəzi sürücülər texnika vasitəsilə qazılan quyuları əlləri ilə dolduraraq oranı keçməyə nail olub. Lakin növbəyti postda həmin sürücülər müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31