Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı - Yoxlamalar başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon şöbəsinin rəisi Nazim Cəfərov tuttuğu vəzifədən azad edilib.

Şöbə rəisinin fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi bildirilir.

Bundan əlavə onun fəaliyyətinin yoxlanılmasına başlanılıb.

İlkin məlumata görə, Nazim Cəfərov Özünü Məşğulluq Proqramının Göygöl rayonunda icrası zamanı yol verdiyi qanun pozuntularına görə işdən kənarlaşdırılıb. (baku.ws)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31