Tərtərin icra başçısı koronavirusa yoluxub? - ÖZÜ DANIŞDI

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVİD-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.

Bu barədə icra başçısının özü Report-a məlumat verib.

M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31