İmmuniteti möhkəmləndirmək vaxtıdır! EFFEKTLİ TƏBİİ QARIŞIQ
20 İyun 2020 18:19 SosialPayız və yazda immun sistemini möhkəmləndirmək olduqca vacibdir. Bu müxtəlif virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır.
İmmun sistemini möhkəmləndirmək üçün çox effektli təbii qarışığın reseptini təqdim edirik.
200 qr zəncəfil, 2 limon, 1 stəkan duru bal götürülür. Zəncəfil soyulur, doğranılır, blenderdən keçirilir. Limon yuyulur, 2 hissəyə bölünür, çəyirdəkləri çıxarılır, blenderdən keçirilir. Zəncəfil limonla qarışdırılır, bal əlavə olunur, yaxşı qarışdırılır.
Bu qarışığı soyuducuda saxlayın, gündə 3 dəfə 1 ç.q. olmaqla yeməkdən əvvəl qəbul edin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31