TOPs proqramının mütəxəssisləri video konfransda çıxış ediblər

Dünyanı təsiri altına alan Koronovirus pandemiyasına görə "TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması" proqramı çərçivəsində həyata keçiriləcək təlimlər, bir sıra digər fəaliyyətlər və tədbirlər təxirə salınıb.

Olaylar.az bildirir ki, TOPs proqramının mütəxəssisləri və bir sıra aktiv fiziki tərbiyə müəllimləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə ev şəraitində fiziki tərbiyəni tədrisi və təşviqi işlərinə cəlb edilmişlər. Hətta bu işlər başa çatdıqdan sonra belə TOPs mütəxəssisləri və fiziki tərbiyə müəllimləri öz fəaliyyətlərini dayandırmamışlar.

Ötən gün TOPs mütəxəssisləri Azərbaycanın müxtəlif bölgələrindən olan aktiv fiziki tərbiyə müəllimləri ilə birlikdə karantin dövründə məsafədən və onlayn rejimdə həyata keçirilən fiziki tərbiyə dərsləri, həmçinin bir sıra digər fəaliyyətlər, onların səmərəliliyini müzakirə etmək üçün video konfrans təşkil edib. Konfransda "İnkişaf Naminə İdman" İctimai Birliyinin rəhbəri Mehman Kərimov, TOPs proqramının layihə rəhbəri Vəli Musayev, Bakı, Sumqayıt, Astara, Gəncə, Mingəçevir şəhərlərindən olan aktiv fiziki tərbiyə müəllimləri iştirak edib.

Konfransda çıxış edən Mehman Kərimov müəllimlərin onlayn dərslər təşkil etməsini şagirdlər üçün hədsiz faydalı olduğunu bildirib.

Proqramın rəhbəri Vəli Musayev isə fiziki tərbiyə müəllimləri üçün bir neçə tövsiyə səsləndirib.

Video konfransda çıxış edən müəllimlər qeyd ediblər ki, onlayn formada tam olaraq tədris proqramı üzrə dərslərin keçirilməsi alınmasa, bütün əzələ qruplarının inkişafı üçün şagirdlərə tapşırıqlar verir. Bu da öz növbəsində şagirdlərin orqanizmlərinin fiziki hazırlığını normal vəziyyətdə saxlanılmasına öz təsirini göstərir. Lakin fiziki tərbiyə müəllimləri TOPs metodologiyasından istifadə etməklə daha rəngarəng və hamının iştirakını təmin edən dərslərin çəkilməsini və yayımını həyata keçirməlidirlər. Video konfransın yekunu olaraq aşağıdakı təkliflər qəbul edilmişdir.

TOPs proqramı Təhsil Nazirliyi, "British Council" Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-2015-ci tədris ilindən həyata keçirilir. Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir.

2019-2020 tədris ilində TOPs proqramına Bakı, Sumqayıt, Abşeron, Qobustan, Gəncə, Şamaxı, Quba, Qusar, Siyəzən, Xızı, Şabran, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblər cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31