Deputat: “Dilənçilər üçün sığınacaq yaradılsın”

"Dilənçilərlə bağlı məsələ olduqca vacibdir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib. F.Mustafa bildirib ki, koronavirusla bağlı karantin rejimi yumşalan kimi dilənçilər küçələrə çıxıb: "Təklif edirəm ki, dilənçilər üçün sığınacaq yaradaq. Gündə 3 dəfə onlara dövlət hesabına yemək verilsin. Dilənçilikdən imtina edənləri bu sığınacaqdan buraxmaq lazımdır. İndi hansı küçəyə gedirsən, dilənçiləri görürsən. Bu formada onları küçədən yığışdırmaq və islah etmək mümkündür".

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31