Tahirə Məmmədin “Türk ədəbiyyatı” dərgisində məqaləsi çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədin Türkiyədə yayımlanan "Türk ədəbiyyatı" aylıq fikir və sənət dərgisinin may nömrəsində məqaləsi çap olunub. Məqalə millət vəkili, AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə həsr olunub. "İsa Həbibbəyli misyonu: Azerbaycancılık, analitik zeka ve yaratıcılık" adlı məqalədə görkəmli akademikin fəaliyyət missiyası təhlil və təqdim edilib.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31