Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü
18 May 2020 19:15 SosialBu gün koronavirusa yeni yoluxmaların sayı 113, sağalan xəstələrin sayı 40 nəfərdir, 1 nəfər koronavirusdan ölüb. Hazırda xəstəxanalarda müalicə edilən aktiv xəstələrin sayı 1 333 nəfər olub. Ümumilikdə ölkədə koronavirusa ümumi yoluxmaların sayı 3 387 nəfərə çatıb.
Bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31