Toyların keçirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Toy mərasimlərinin bərpası ölkənin sanitar-epidemioloji vəziyyətindən asılıdır.

Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, hər şey yoluxma statistikasından asılıdır.

İ.Məmmədov iyun-iyul aylarına təyin olunmuş toyların taleyinə aydınlıq gətirməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bağçaların açılmasının müzakirə mövzusu olmadığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31