Mənzillərə qənim kəsilən şəxslər ələ keçiblər
18 May 2020 19:29 SosialSabunçu rayonu ərazisindəki mənzil qarət edən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən noutbuk və 1300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Xəlilov saxlanılıb. Həmçinin, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 2230 manat, 2000 ABŞ dolları və 5300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.İsayev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31