Avtomobil qaçıran keçmiş məhkum saxlanıb
18 May 2020 19:03 Sosial"Lada Priora" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birlikdə Biləcəri qəsəbəsi ərazisində saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bərdə rayon sakini E.Əliyevin "Lada Priora" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Behbudov avtomobillə birlikdə Biləcəri qəsəbəsi ərazisində saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31