Kərim göz yaşı tökdü: "10 il əvvəl dəlixanada yatmışam"
18 May 2020 14:31 SosialMüğənni Kərim Abbasov verilişlərin birində qonaq olub. İifaçı dünyasını dəyişən qardaşından bəhs edərkən göz yaşlarını saxlaya bilməyib: "Həyatım çox çətin olub. Gülürsən ki, kimsə səni ağlayan görməsin. Ortancıl qardaşım 23 yaşında öldü. Avtomobil qəzası idi, "KamAZ"ın altına girdi. Maşındakı 4 nəfər ölmüşdü. Hadisə 2006-cı ildə oldu. Atam onda sağ idi. Bir gecəyə saçları ağardı. Atam bir il əvvəl rəhmətə getdi. İnfarkt keçirmişdi, ürəyinin yarısı paralanmışdı. Ölümünə yaxın da ürəyini müalicə etdirirdik. Elə bilirdik ürəyindəndir. Amma sən demə, böyrəkləri işləmirmiş. Dərdim çoxdur. Amma niyə bildirim ki? Dərdim kimə maraqlıdır? Sevgi, nəvaziş görmədim. Allah da məni müğənni etdi və xalqın sevgisini verdi".
Kərim daha sonra başına gələn hadisədən söz açıb: "10 il bundan əvvəl elə hala düşdüm ki, dəlixanada yatdım. Ağzımı, əlimi bağlamışdılar, gözüm kor olmuşdu".
sia.az