180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb
18 May 2020 14:27 SosialAzərbaycanda insan alverinə qarşı mübarizə çərçivəsində məcburi əməyin qarşısının alınması, bu əməllərə şərait yaradan halların aradan qaldırılması istiqamətində də lazımi tədbirlər həyata keçirilir. Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Bununla bağlı ümumilikdə 454.000 manat inzibati cərimə tətbiq edilib. "Olaylar" xəbər verir ki, bunu İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov parlament komitəsinin iclasında qeyd edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb. Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.