İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator MM-də hesabat veerəcək
18 May 2020 13:44 SosialMayın 19-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Olaylar"ın məlumatına görə, artıq iclasın gündəliyi təsdiq olunub. Belə ki, iclasda 19 məsələninin müzakirəsi nəzərdə tutulub. Plenar iclasda həmçinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. Müzakirə olunacaq məsələlər isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş), "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında" və "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) və saiq qanun layihələrindən ibarətdir.