“Yeni təfəkkür və yeni yanaşmalar” adlı video konfrans
18 May 2020 13:08 SosialMədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ Qrupu"nun üzvlərinin iştirakı ilə "Yeni təfəkkür və yeni yanaşmalar" adlı video konfrans keçirmişdir. Olaylar.az bildirir ki, ZOOM proqramı vasitəsi ilə keçirlmiş görüşdə 15 regional mədəniyyət idarəsindən 50-dən çox gənc mədəniyyət işçisi qatılmışdır. Həmçinin, görüsdə Mərkəzin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva, elmi katib Cavid Əliyev və şöbə müdiri Nürəddin Babazadə iştirak ediblər.
Çıxış edənlər qeyd etdi ki, Qrupun təsis olunması müxtəlif məsələlər ilə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyətinin çevikliyini təmin edilməsinə, sistemdə sağlam rəqabət mühitinin yaradılmasına, yeni ideyaların formalaşmasına və yüksək savadlı gənclərin sahəyə diqqətinin artırılmasına təkan verəcəkdir. Bu isə gənc əməkdaşlarımız üçün böyük imkanlar yaradır, çünki təşəbbüskar və güclü təfəkkürə malik gənclər ölkənin və sahənin gələcəyidir. Gənc mədəniyyət işçiləri bəzi ideya və təkliflərini təqdim etdilər.