BDU nüfuzlu reytinq siyahısında yenə birincidir

Nüfuzlu Beynəlxaq Reytinq Agentliyi RUR (Round University Ranking) 2020-ci il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını açıqlayıb. RUR-un müxtəlif ölkələrdən olan 829 universiteti əhatə edən reytinq siyahısına Azərbaycandan 3 universitet daxil edilib.

Olaylar.az bildirir ki, siyahıda 702-ci yerdə qərarlaşan Bakı Dövlət Universiteti Azərbaycan ali məktəbləri arasında yenə birincidir. Azərbaycan Memarlıq və İnşaat universiteti 760-cı, Azərbaycan Dövlət İqtisad Universiteti isə 807-ci sırada yer alıb.

Beynəlxalq RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40%), tədqiqatın keyfiyyəti (40%), beynəlmilləşmə səviyyəsi (10%) və maliyyə dayanıqlılığı səviyyəsi (10%) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.

Qeyd edək ki, Bakı Dövlət Universiteti göstərilən nüfuzlu reytinq siyahısına 2013-cü ildən, Azərbaycan Memarlıq və İnşaat Universiteti 2018-ci ildən, Azərbaycan Dövlət İqtisad Universiteti isə 2020-ci ildən daxil edilir.

Beynəlxalq RUR Agentliyinin reytinq siyahısı haqqında daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: 

https://roundranking.com/ranking/world-university-rankings.html#world-2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31