Arif Quliyev Musiqili Teatra təşəkkür etdi

Məşhur gülüş ustası, Respublikanın Xalq artisti, Prezident təqaüdçusu Arif Quliyev ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bütün kollektivinə təşəkkürünü bildirib:
​ "Hər zaman mənə və sənətimə verdiyi yüksək​ dəyərə görə görkəmli rejissor, gözəl pedaqoq - alim, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə dərin minnətdarlığımı bildirirəm. Yaradıcılıq fəaliyyətimdə mənə hər zaman stimul verən,​ dayaq olan Əliqismət muəllimin  həyatımda, yaradıcılıq fəaliyyətimdə böyük rolu olub.​ Ümumiyyətlə, Akademik Musiqili Teatrın bütün kollektivinə - aparıcı aktyorlarından tutmuş  texniki işçilərinə qədər hər birinə  mənə olan sevgi və hörmətinə görə təşəkkür edirəm, onların hər birinə uğurlar arzulayıram. Ürəyim doludur, saatlarla danışaram. Allah belə gözəl insanları bizim teatr aləminə çox görməsin. Allah onları qorusun! Qoy, onlar həmişə bax  belə, bütün gözəl və uğurlu işləri ilə hər zaman sənətin zirvəsində olsunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31