Ticarət mərkəzləri nə vaxt açılacaq? - RƏSMİ QƏRAR
16 May 2020 19:44 SosialMayın 31-dək ölkədə böyük ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilmir.
Bu barədə Baş Nazir Əli Əsədovun imzaladığı qərarda deyilir.
Qərara əsasən nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyəti 31 may saat 00:00-a kimi dayandırılır.
Nazirlər Kabinetinin qərarında əyləncə məkanlarının da bağlı qalacağı bildirilir:
"İstirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti 31 may tarixinədək qadağandır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31