Ehtiyacı olan daha 40 ailəyə ərzaq yardımı edilib
16 May 2020 18:41 SosialMayın 16-da Təhsil Nazirliyinin əməkdaşları Bakı şəhəri Nəsimi rayonunda yerləşən 156 və 146 nömrəli uşaq bağçalarında məskunlaşmış 32 məcburi köçkün ailəsinə ərzaq yardımı edib. Əlavə olaraq isə daha 8 aztəminatlı ailəyə də yardım paylanılıb. Olaylar.az bildirir ki, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir. Yardım aksiyası davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31