Azərbaycanda baş həkimlər işdən çıxarıldılar
16 May 2020 00:01 SosialTibb işçiləri arasında koronavirusa yoluxma faktı əsasən pandemiya üçün ayrılmış xəstəxanalarda qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı qeyd edib ki, virusa yoluxma digər tibb müəssisələrində də aşkarlanıb:
"Bu da məsuliyyətsizliyin nəticəsidir. Həmin səbəbdən bir çox xəstəxananın rəhbərləri vəzifələrindən azad olunub, bəzilərinə isə töhmət verilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31