Bu yollarda xətlənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 16-26 may  tarixləri arasında Zağulba prospekti, Mərdəkan şossesi və  Heydər Əliyev prospektində  üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.  Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən verilib.

Bildirilib ki, bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31