Baş prokurordan YENİ TƏYİNAT

Baş Prokurorluğa yeni şöbə rəisi təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovunverdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru Rəhim Səfərəliyev tutduğu vəzifədən azad olunaraq ona Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinin icrası həvalə olunub.

E.Sultanov həmçinin bildirib ki, R.Səfərəliyev 1992-2013-cü illərdə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsində müxtəlif vəzifələrdə, 2013-2015-ci illərdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində məsləhətçi və sektor müdiri, 2015-ci ildən isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru vəzifələrində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31