Polad Bülbüloğluna AĞIR İTKİ - FOTO
15 May 2020 15:49 SosialAzərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün böyük oğlu Çingiz Məmmədov dünyasını dəyişib.
12 dekabr 1938-ci ildə Tiflisdə doğulan Çingiz Bülbüloğlu uzun illər bir sıra vəzifələrdə çalışıb.
Mərhum bir neçə il əvvəl Milli Məclis Aparatında şöbə müdiri kimi təqaüdə çıxıb.
Bülbülün digər oğlu Polad Bülbüloğlu isə Azərbaycanın Rusiyadakı səfiridir.
Onun qardaşının dəfninə qatılıb-qatılmaması isə bəlli deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31