11 yaşlı qız kanalda batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının batması barədə məlumat daxil olub. FHN-dən "Olaylar"a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31