Bir gündə 6647 nəfər koronavirusdan öldü - ÜST açıqladı
15 May 2020 07:38 SosialDünyada COVID-19-a yoluxma hallarının sayı 4 milyon 200 mini ötüb.
"TASS" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 77 965 nəfər yeni koronavirusa yoluxub, 6 647 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 4 248 389 nəfərə, ölənlərin isə 294 046 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 1 819 553 yoluxma və 109 121 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 1 801 668, ölənlərin sayı isə 163 413 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 293 805yoluxma və 9 389 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi gösəticilər əsasında hazırlanır.