Yusif İldırımzadə prokuror vəzifəsindən azad edildi
15 May 2020 05:40 SosialAzərbaycanda prokurorluq orqanlarında islahatlar davam edir.
Xətai rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyev Xətai rayonunun prokuroru Yusif İldırımzadəni tutduğu vəzifədən azad edib. Bununla bağlı K. Əliyev əmr imzalayıb.
Qeyd edək ki, Y. İldırımzadənin 70 yaşı var və o, yaş həddinə görə təqaüdə göndərilib.
Hazırda Xətai rayon prokuroru vəzifəsini Nazim Quliyev müvəqqəti icra edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31