"Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb
Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının mayın 15-nə olan cədvəli açıqlanıb.
14 May 2020 15:31 SosialTəhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının mayın 15-nə olan cədvəli açıqlanıb.
Nazirlikdən Olaylar.az -a verilən məlumata görə, sabah Azərbaycan bölməsi üçün saat 10:00-da - Fiziki tərbiyə; 10:10-da XI sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat; 11:20-də X sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 12:20-də IV sinif - Azərbaycan dili, Musiqi, İnformatika-Rəqəmsal bacarıqlar; 12:40-da III sinif - Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:15-də II sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; I sinif şagirdlərinə Riyaziyyat və Həyat bilgisi dərsləri olacaq.
Rus bölməsi üçün 14:00-da IV sinif - Rus dili, Riyaziyyat, Həyat bilgisi, İnformatika-Rəqəmsal bacarıqlar, 14:35-də VIII sinif - Kimya, Biologiya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 15:20-də IX sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.