Bu gecə ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

Bu gün, Ramazanın 20-ci günü Qədr gecəsinin ikinci gecəsidir.

Ramazanın 22-ci günü - mayın 16-da isə üçüncü gecəsi olacaq. 

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. 

Qeyd edək ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31