"Ölümündən 6 ay əvvəl..." - Briliant Rafael Dadaşovla bağlı hansı faktı açıqladı?
14 May 2020 13:28 SosialXalq artisti Brilliant Dadaşova əmisi oğlu, mərhum aktyor Rafael Dadaşova qarşı sağlığında hörmətsizlik olunduğunu deyib.
Sənətçi mədəniyyət xadimlərinin ölkə prezidenti ilə görüşünə dəvət olunmadığını və buna görə aktyorun çox pis olduğunu bildirib.
Xalq artisti həmin siyahını hazırlayan şəxsləri qınayıb:
"Rafaelin ölümündən 5-6 ay əvvəl video çəkdim və istədim yerləşdirim "İnstagram"a ki, axı niyə cənab prezidentimizlə görüşə gedəndə Rafael Dadaşova deməmisiniz? Bu nəsil Azərbaycan incəsənətində möhürünü qoymuş nəsildir. Mənə deməmisiniz, barı Rafaelə deyəydiniz. Bu siyahını yazan adamlar çox diqqətli olmalıdır. Rafael buna görə kədərliydi və çox təsirlənmişdi".
Brilliant Dadaşova bu sözləri "Şou ATV"
verilişində deyib.
Yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31