Azyaşlı uşağı qarət etdilər
Paytaxt Bakıda azyaşlı uşağı küçədə qarət edilib.
14 May 2020 12:08 SosialPaytaxt Bakıda azyaşlı uşağı küçədə qarət edilib. "Olaylar" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Molla Cümə küçəsində baş verib. 2008-ci il təvəllüdlü V.Mikayılov küçədə naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs azyaşlını hədələyərək cibindən mobil telefonunu götürüb hadisə yerindən qaçıb.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Naftalan rayon sakini 2002-ci il təvəllüdlü B.Məmmədov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 21-də, Bakı şəhər sakini B.Əzizova məxsus Nərimanov rayonu Ə.Vahid küçəsindəki mağazanın kassasından pul oğurladığı müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.