Daha bir deputata köməkçi təyin olundu
Elşad Fərmayıl oğlu İsmayılov Milli Məclisin deputatı Arzu Nağıyevin köməkçisi vəzifəsinə təyin olunub.
14 May 2020 10:59 SosialElşad Fərmayıl oğlu İsmayılov Milli Məclisin deputatı Arzu Nağıyevin köməkçisi vəzifəsinə təyin olunub. "Olaylar" xəbər verir ki, E.İsmayılov 1977-ci ildə Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub, hazırda Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayır. O, 1999-cu ildə Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri fakültəsinin (Alı təhsilin bakalavr pilləsini) bitirmişdir. 2005-ci ildən əmək fəaliyyətinə başlamışdır. 08 may 2012-ci il tarixdən 08 fevral 2019-cu il tarixədək Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Aparatında, başçının köməkçisi vəzifəsində işləmişdir, 2-ci dərəcə dövlət qulluqçusudur və hazırda Gədəbəy rayonunun Novosaratovka kənd bələdiyyəsinin üzvüdür. Hərbi mükəlləfiyyətlidir, ehtiyatda olan zabitdir.
Ailəlidir, üç övladı var.