Sumqayıt Kimya Sənaye Parkının rezidenti dezinfeksiya tunelinin istehsalına başlayıb
13 May 2020 14:43 SosialSumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC və SmartHome şirkəti dezinfeksiya tunelinin birgə istehsalına başlayıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, "Elsmart" brendi ilə istehsal olunan bu avadanlığın elektron sistemi SmartHome, konstruksiyası STP-nin Elektrik Avadanlıqları Zavodunda hazırlanır. Bu dezinfeksiya tunellərindən yalnız pandemiya dövründə deyil, həmçinin mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər. Dezinfeksiya tunellərinin həm yerli, həm də xarici bazarlara satışı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31