Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü
13 May 2020 12:46 SosialAzərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov 67 yaşında vəfat edib.
Olaylar.az xəbər verir ki, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb.
O bildirib ki, qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb:
"Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı".
Qeyd edək ki, mütəxəssis 2011-15-ci illərdə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. 2015-18-ci illərdə isə AGF-in vitse-prezidenti vəzifəsini icra edib. 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.
Apasport.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31