Gülaydan Kamilin həbsinə REAKSİYA - “O insanın hansı yükü daşıdığını...”
13 May 2020 09:43 SosialMüğənni Gülay Zeynallı karantin qaydalarını pozduğu üçün həyat yoldaşının 10 günlük həbs olunmasına instaqramda reaksiya verib.
Publika.az xəbər verir ki, sənətçi instaqramda əllərini göyə açaraq dua edən qadın əllərinin görüntüsünü paylaşaraq bu sözləri qeyd edib: "Qəlbləri görüb, onu mükafatlandıran Allahdır. Sənin, o insanın nə çəkdiyini bilmədiyin halda, o insanın hansı yükü daşıdığını, yorulub, yıxılıb durduğunda ona yolun sonuna kimi dözüm verən Allahdır. Allah dualarımızı qəbul etsin",- deyə qeyd edib.
İzləyicilər isə tezliklə idmançının azadlığa çıxması üçün dua etdiklərini yazıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31