Tibb bacılarına DƏSTƏK
12 May 2020 19:20 Sosial12 May dünyanın 140 ölkəsində "Beynəlxalq tibb bacıları günü" kimi qeyd olunur. COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bu çətin günlərdə nəcib əməllərinə görə humanist peşə sahiblərinə təşəkkür etmək hər birimizin vətəndaşlıq borcudur. Bu məqsədlə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında çalışan, Koronavirus xəstələrinə qulluq göstərən şəfqət bacılarının gününü təbrik etdik. Pandemiyanın tüğyan etdiyi günlərdə artıq 2 aydan artıqdır ki, onlar ailə üzvlərinin görmürlər. Günün 24 saatı dayanmadan gözəgörünməyən düşmənlə üzbəüz dayanıb, mübarizə aparırlar. Onların sayəsində yüzlərlə Koronavirus xəstəsi sağlamlıqlarına qovuşub. Hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümüzü bildiririk, əziz tibb bacıları. Sizin sayənizdə biz qalib gələcəyik. Bu layihədə də yanımızda olan "Altes Pharm" şirkətinin rəhbəri Rüstəm bəy başda olmaqla bütün kollektivinə öz dərin minnətdarlığımı bildirirəm. #Bizbirlikdəgüclüyük #evdəqal #sağlamol #evdəqalsağlamol #koronaviruslamübarizə #koronavirus #tibbbacılarıgünü #tibb #tibbbacısı #Baku #Azerbaijan
Aparıcı Fira Cəlilova