Məşhur teleaparıcının qardaşı: “Nişan qaytarıldı” - ÖZƏL + FOTO
13 May 2020 05:08 SosialMəşhur teleaparıcı Zümrüd Bədəlovanın qardaşı Zülfi Bədəlov ilə nişanlanan gənc müğənni Aydan İbrahimli ayrılıblar.
Bu barədə Aydan "Instagram"da "Xəbərçi.Az" xəbər səhifəsinə açıqlamasında bildirib. A.İbrahimli Z.Bədəlovla ayrılmasına səbəb kimi xasiyyətlərinin uyğun gəlməməsini göstərib.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı bəstəkar-müğənni Zülfi Bədəlovla əlaqə saxlayıb. O, nişanın qaytarılması ilə bağlı bunları söyləyib:
"İstəməzdim ki, bu məsələ mediaya yayılsın. Biz Aydanla birlikdə ayrılmaq qərarına gəldik. Ailələrimiz bu məsələni normal qəbul etdi. Nişan qaytarıldı. Bu barədə çox danışmaq istəmirəm. Mən kişiyəm! Ən yaxşısı, daha heç nə danışmayım".
Qeyd edək ki, Zülfi Bədəlov ilə Aydan İbrahimli arasında 15 il yaş fərqi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31