Bunu etməsəniz, 200 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ - VİDEO
12 May 2020 13:32 SosialBakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər cərimə ediləcəklər.
Bu barədə Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elçin İsgəndərov məlumat verib.
"Paytaxt sakinlərimizdən xahiş və tələb edirəm ki, qoruyucu maskalardan istifadə etsinlər. Çünki ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə (İXM) müvafiq olaraq inzibati cərimə və inzibati həbs məsuliyyət tədbirləri görüləcək. İnzibati cərimə tətbiq etmiş vətəndaşlar təkrar qaydaları pozduğu halda inzibati həbs tətbiq olunacaq. Cərimələrin miqdarı fiziki şəxslər üçün 100 manatdan 200 manatadəkdir", - o bildirib. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31