ÜST tibb işçilərinin niyə koronavirusa yoluxduğunu izah edib

Şəxsi qoruyucu vasitələrin olmaması, uzunmüddətli iş saatı və kifayət qədər ciddi dezinfeksiya tədbirlərinin olmaması tibb işçiləri arasında COVID-19-a yoluxmasının əsas səbəbləridir.

"RİA Novsti" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə xəstəliklər bölməsinin texniki qrup rəhbəri Mariya Van Kerkxove deyib.

Onun dediyinə görə, ÜST ekspertləri dərc edilən araşdırmalar və mütəxəssislərlə müzakirələrdən sonra bu qənaətə gəliblər.

"Biz indi dünyada koronavirusa yoluxmuş tibb işçilərinin sayını öyrənirik. Narahat edəcək statistika var. Bəzi ölkələrdə yoluxanların təxminən 10%-i tibb işçiləridir", - deyə o, Cenevrədə keçirdiyi brifinqdə qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31