Küsülü olduğu Fatiməni təbrik etdi - Video
12 May 2020 04:48 SosialŞairə Nazilə Səfərli aparıcısı olduğu "Ona qalsa" proqramında rəqqasə Fatimə Fətəliyevaya barışıq əli uzadıb.
Axşam.az xəbər verir ki, o, uzun müddətdir küsülü olduğu sənətçini nənə olması münasibətilə təbrik edib.
"Rəqqasə Fatimə nənə olub. Təbrik edirəm. Bəxti gözəl, vətənə layiq övlad, atası-babası kimi igid oğlan olsun" deyə, şairə bildirib.
Qeyd edək ki, sənətçilər arasındakı ilk qalmaqal 2018-ci ildə başlayıb. Onlar "Maşın" realiti şousu zamanı barışsalar da, yenidən aralarında küsülülük yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31