Azərbaycanlı həkim koronavirus səbəbindən öldü

Türkiyədə koronavirusdan müalicə olunan azərbaycanlı həkim vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyədə yaşayan professor Toğrul İsmayıl məlumat yayıb.

O bildirib ki, Tahir Bababəyli İstanbulda müalicə olunduğu xəstəxanaların birində vəfat edib.

Qeyd edək ki, Tahir Balabəyli bir aya yaxın idi ki, "Süreyyapaşa Göğüs Hastalıkları Hastanesi"ndə müalicə olunurdu. Yaxınları koronavirusdan sağalan insandan qan götürülərək ona vurulması ilə bağlı bir neçə dəfə müraciət yaymışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31