Azərbaycanda daha bir qadağa ləğv edilir - RƏSMİ
11 May 2020 09:43 Sosial"Hazırda çimərliklərin açılması gündəmdə deyil".
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərimə görə, Bulvar və digər parkların açılması məsələsi qarşıdakı həftələrdə müzakirə edilə bilər.
"Növbəti həftədə koronovirusa yoluxma və sağalanların sayı ilə bağlı statistikadan asılı olaraq çimərliklərin, idman zalların və parkların açılmasına qərar verilə bilər. Bu barədə konkret olaraq fikir bildirmək olmaz. Bütün hallarda biz prosesləri mərhələli şəkildə aparacağıq"- deyə, sədr əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31