Torpaq hərracları bu tarixdə keçiriləcək

Karantin rejiminə görə təxirə salınmış torpaq hərracları bərpa ediləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxma  sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin 04 may 2020-ci il tarixindən yumşaldılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını nəzərə alaraq  Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarda 29 mart 2020-ci il, 02 aprel 2020-ci il,   09 aprel 2020-ci il, 16 aprel 2020-ci il və 23 aprel 2020-ci il tarixlərində təxirə salınmış Torpaq müsabiqə və hərracları  14 may 2020-ci il tarixində keçirilməsi karantin rejiminin tələbləri nəzərə alınmaqla  təşkil ediləcək.

Əlaqə telefonu (012) 566-07-35

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31