Nazirlik karxana sahibini 3 min manat cərimələdi
9 May 2020 11:50 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Quba rayonunun 2-ci Nügədi kəndi yaxınlığında, Qaraçay yatağında qum-çınqıl karxanası tərəfindən yataqayırma hüdudundan kənarda qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edilib. ETSN-dən "Olaylar"a verilən məlumata görə, araşdırma zamanı sözügedən qum-çınqıl karxanasının Bakı şəhər sakini Zərbadam Məmmədovaya məxsus olduğu müəyyən olunub. Faktla bağlı karxana sahibi Z.Məmmədova barəsində akt və protokol tərtib olunub və o vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31