Dəmir Yolu Vağzalı və qatarlara sərnişinlər maskasız buraxılmayacaq
9 May 2020 11:08 Sosial"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin diqqətinə çatdırır ki, bu gündən tibbi maskadan istifadə etməyənlər Bakı Dəmir yol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.
"OLAYLAR"-a Səhmdar Cəmiyyətdən bildirilib ki, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək. Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31