Yaşı 65-dən yuxarı metro işçiləri işə çıxmayacaq
8 May 2020 17:57 SosialOperativ Qərargahın tövsiyələrinə əsasən, yaşı 65-dən yuxarı olan işçilərin işə gəlməsinə ciddi yanaşmışıq.
Bu fikirləri "Bakı Metropoliteni" QSC sədr müavini Hidayət Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, Metropolitendə mayın 31-dək bütün tövsiyələrə əməl olunacaq: "Sərnişinlərin yoxlanılaraq içəri buraxılmasında əlimizdən gələni edəcəyik. Metropolitendə çıxışlara məhdudiyyət məsələsi olmayıb. Yalnız girişlərdə məhdudiyyət qoyulur və bu sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. 8-12 saat ərzində çalışan metropoliten əməkdaşlarının sağlamlığı da sərnişinlərin davranışından asılıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31