Metro stansiyalarındakı apteklərdə də maska satılacaq
Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq.
8 May 2020 15:27 SosialBakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə açıqlamanı "Bakı Metropoliteni" QSC yayıb. Bildirilib ki, "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş"ə uyğun olaraq tibbi maska taxmadan metropolitendən istifadə edilməsi qadağandır. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda tibbi maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31