Bayraqla bağlı yeni qayda müəyyən olunur

Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilib. "Olaylar"  xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadə qaydaları haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar "Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi haqqında" qanunu ilə müəyyən ediləcək. Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31