Kəlbəcərdə iki nəfər koronavirusa yoluxdu – İşğal bölgəsində son durum
8 May 2020 10:35 SosialAzərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha iki nəfərdə koronavirus infeksiyası aşkar olunub.Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.Yoluxan şəxslər işğal altındakı Kəlbəcər rayonunda yaşayan bir ailənin üzvüdür.Beləliklə, Qarabağda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 10-a çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31