Bakıda 16 yaşlı qız hamilə qaldı - Sığınacağa yerləşdirildi - "Mama,kuklalarımı heç kimə vermə..."

Bu gün Bakıda 7 aylıq hamilə olan yetkinlik yaşına çatmayan qız sığınacağa yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, hamilə qalarkən qızın 16 yaşı olub.

Kəmalə Ağazadəəlavə edib: "Qız bu gündən sığınacağımızdadır, material istintaqa verilib. Anası sual verir:

-Qızım,evdən bir istəyəcəyin var?

- Mama,kuklalarımı heç kimə vermə..."

Ananın günahı isə heç də az deyil...Cahillik, mental dəyər...uşaqla, kuklanın fərqini belə anlamayan, "ana" olmağa hazırlığı olmayan bir qızcığazla qarşı-qarşıyayıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31